Braziliyada nəhəng qaya parçası turist qayıqlarının üzərinə aşdı - VİDEO
Braziliyada nəhəng qaya parçası turist qayıqlarının üzərinə aşdı - VİDEO
Braziliyanın Minas-Jerais ştatında göldə qayıqla gəzən turistlər bədbəxt hadisə ilə üzləşiblər.
Belə ki, böyük qaya parçası turistlərin Furnaş gölündə gəzintiyə çıxdıqları qayıqların üzərinə düşüb.
Uçqun nəticəsində 7 nəfərin öldüyü bildirilib. 20 nəfərin isə itkin düşdüyü qeyd edilib.
Maraqlıdır ki, sosial şəbəkələrdə yayılmış məlumatlarda bildirilib ki, sözügedən qaya parçası erroziya səbəbindən əsas hissəsindən çoxdan aralanıbmış. Bir neçə dəfə bununla bağlı xəbərdarlıq olunsa da, aidiyyəti qurumlar məsələ ilə maraqlanmayıblar.
Aftafa.tv