Çərşənbə, 19 Yanvar

“Zəngəzur dəhlizi daha qısa zamanda reallığa çevrilə bilər” – Millət vəkilindən AÇIQLAMA

image

“Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Hazırda həmin hissə ilə yük qatarları hərəkət edir. Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər”.

Bu fikirləri açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, ilkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq: “Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanılması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır. Daha geniş anlamda Türkiyə və Rusiya Böyük İrmiliyə üzv olan ölkələrdir. Söhbət 3 tirlyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir”.

Millət vəkili əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək:

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. İşlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur Dəhlizinin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti