Cümə, 26 Aprel

Rusiyada 53 at güllələnib – VİDEO

image

Altay diyarı polisi Petropavlovsk vilayətində naməlum şəxslər tərəfindən güllələnmiş 53 atın ölümü ilə bağlı cinayət işi açıb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“At ilxısının güllələnməsilə bağlı ixtisaslaşdırılmış istintaq-əməliyyat qrupunun yaradılması barədə göstəriş verilib. Hazırda polis əməkdaşları hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Zəruri ekspertiza və araşdırmalar aparılır”, - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi (başqalarının əmlakını qəsdən məhv etmək və ya zədələmək) üzrə aparılır.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33