Bazar, 12 May

Azərbaycan millisində kütləvi yoluxma - Toplanış ləğv olundu

image

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirakı ləğv olunub.

Xəbər verilir ki, buna komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 məşqçi və inzibati heyət üzvündə koronavirusun aşkarlanması səbəb olub.

Bu səbəbdən yığmanın fevralın 1-dən 3-dək Bakıda planlaşdırılmış toplanışı da ləğv edilib.

Qeyd edək ki, futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov COVİD-19-a yoluxub. Koronavirusa yoluxan məşqçi isə Aslan Kərimovdur. İnzibatçı Ehtiram Abbasov da eyni aqibətlə üzləşib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44