Çərşənbə axşamı, 28 İyun

“Laçında evləri, qaz və su borularını söküb aparırlar…”

image

“Delimitasiya işi tez bir zamanda başa çatmalıdır. Bunu istəməyən qüvvələr var. Rusiya ilə yanaşı, İran da Azərbaycana diş qıcayıb”.

Bunu Qarabağ ətrafında cərəyan edən proseslər, atəşkəsin pozulma halları və Rusiyanın təxribatçı addımlarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya və İran Azərbaycanın güclənməsində və sərhədlərinin bərpa edilməsində maraqlı deyil:

“İki ilə yaxındır ki, müharibə başa çatıb, delimitasiya komissiyası yaradılıb, ancaq hələ də atəşkəsin tez-tez pozulmasının şahidi oluruq. Atəşkəs daha çox Laçın, Kəlbəcər istiqamətində, yəni dövlət sərhədində pozulur. Bunu Azərbaycanın qələbəsini istəməyən güclər, Ermənistan daxilindəki revanşist qüvvələr edir. Onlar bununla həm də delimitasiya məsələsinə mane olmaq istəyirlər.

İlkin məlumata görə, iyul ayının 1-də Laçın rayonu boşaldılmalı və Azərbaycana təhvil verilməlidir. Laçında yaşayan erməni separatçıları açıqlama verirlər ki, oranı tərk etməyəcəklər. Bu cür açıqlamalar reallığı dəyişməyəcək. Məlumata görə, ermənilər və xüsusilə məmurlar Laçında evləri, qaz və su borularını söküb aparırlar. Hazırda orada dağıdıcılıqla məşğuldurlar. Kəlbəcəri boşaltdıqları zaman unitazlar daşıyırdılar, indi də Laçında bunu edirlər.

Azərbaycan ordusunun güclənməsini, silahlanmanın davam etməsini erməni tərəfi bilir. Bunu, təbii ki, Rusiya da bilir. Təxribatların yaranmasında birbaşa rus əli var. Sülhməramlıların mandatının bitməsinə az qalmış təxribatlar daha da artacaq. Hətta lokal toqquşmalar da mümkündür. Rusiyanın Ermənistandakı 102-ci bazasının bir bölməsi Tovuz, Qazax istiqamətinə yerləşdirilir. Həmin istiqamət strateji bir ərazidir. Azərbaycanın qərb hissəsindən keçən yollar məhz o istiqamətdən keçir, neft kəmərləri həmin yerə yaxındır. Nə Gürcüstan tərəfdən, nə də Azərbaycan tərəfdən Ermənistan üçün təhdid olmadığı halda, 102-ci bazanın bəzi bölmələrinin dislokasiya yerini ora köçürməsi çox maraqlı bir addımdır.

Qazaxın 7 kəndinin boşaldılması hələ baş tutmayıb. Tez bir zamanda bu məsələ öz həllini tapmalıdır ki, sərhədlər müəyyən olunsun və möhkəmləndirmə işləri aparılsın. Gördüyümüz kimi, bu bəzi qüvvələrə sərf etmir. Rusiya ilə yanaşı, İran da Azərbaycana diş qıcayıb. Bunu son günlər baş verən hadisələrdən görə bilərik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Cüneyt Arkın vəfat etdi

  • 28.06.2022 - 09:59
image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06