Şənbə, 11 May

Ukraynanın “Azov” alayı terror təşkilatı kimi TANINDI

image

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” alayını terror təşkilatı kimi tanıyıb.

Xəbər verilir ki, bununla da alayın Rusiya Federasiyasının ərazisində fəaliyyəti qadağan edilib:

“Ukraynanın hərbiləşdirilmiş millətçi birliyi “Azov” terror təşkilatı kimi tanınsın və onun Rusiya Federasiyası ərazisində fəaliyyəti qadağan edilsin. Təşkilatın fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərar dərhal icra edilsin”,- qərarda bildirilib.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu bu ilin əvvəlində “Azov”un qadağan edilməsi ilə bağlı iddia qaldırıb.

Hazırda Rusiya İstintaq Komitəsi “Azov” üzvlərinə qarşı Donbassda dinc əhalinin qətlində iştirakı ilə bağlı bir sıra cinayət işlərini araşdırır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44