Cümə, 26 Aprel

Ərdoğanla Putinin görüşü başladı - YENİLƏNİB/VİDEO

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Xəbər verilir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

15:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

Xəbər verilir ki, dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.

***14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.

Xəbər verilir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb”, - qeyd olunub

***09:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya bir günlük səfər edəcək. O, həmçinin Soçidə Kreml rəhbəri Vladimir Putinlə görüşəcək.

Xəbər verilir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. 

Onun sözlərinə görə, "danışıqlar ikitərəfli əməkdaşlıq məsələlərinə - ilk növbədə iqtisadiyyata və regional problemlərin - Suriya və Ukraynanın müzakirəsinə həsr olunacaq".

Həmçinin, Peskov  görüşdə Odessadan taxılla ilk uçuşun necə getdiyi barədə fikir mübadiləsi aparılacağını bildirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33