Bazar, 12 May

“Zelenskiyə qarşı təxribat hazırlanır” – Kəşfiyyat şefi tarix verdi

image

Ruslar Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı təxribat hazırlayırlar. Avqustun 24-nə - Ukraynanın Müstəqillik Gününə qədər Rusiyanın təxribatları mümkündür.

Xəbər verilir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Onlar bunu hər zaman edirlər. Biz belə sınaqlardan çox keçirik, öndə qalmağa çalışırıq. Düşmənin demək olar ki, bütün istiqamətlərdə planları barədə də məlumatımız var”, - o bildirib.

Danilov əlavə edib ki, hər şey nəzarət altında ola bilməz, müharibə şəraitində bu normaldır. Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, aidiyyəti qurumlar düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44