Çərşənbə, 28 Sentyabr

Yalan ifadə verən şəxs məhkəmə zalında HƏBS EDİLDİ

image

Şəkidə məhkəməyə şahid qismində cəlb edilmiş şəxs yalan ifadə verdiyi üçün həbs edilib.

Xəbər verilir ki, ötən il rayon ərazisində Timur Məmmədov adlı şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. Bu işlə əlaqədar T.Məmmədovun dostu, 1988-ci il təvəllüdlü Tural Məmmədov şahid qismində istintaqa cəlb edilib.

O, ifadəsində T.Məmmədovla əlaqələri və digər məqamlar barədə ifadələr verib. Daha sonra Timur Məmmədovun məhkəməsi keçirilərkən Turalın ifadələri təsdiqini tapmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 297.1-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə iş açılıb.

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl isə Şəki Şəhər Məhkəməsində Tural barəsində açılmış işə baxılıb. Məhkəmə Tural Məmmədova 4 ay müddətinə həbs cəzası təyin edib və o, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda “Google” bloklandı

  • 26.09.2022 - 09:22