Bazar, 12 May

Bayram Məmmədov İstanbulda intihar etdi

image

İcttimai fəal Bayram Məmmədovun cansız bədəni İstanbulda dənizdə tapılıb.

Xəbər verilir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə Bayram Məmmədovdan iki gündür məlumat yox idi. Dünən yaxınları tərəfindən axtarışa verilib. Elə həmin gün axşam saatlarında onun meyiti dənizdən tapılıb.

Qeyd edək ki, B.Məmmədov "Heykəl məhbusu" kimi tanınıb. Daha sonra narkotik ittihamı ilə uzun illər həbsxana həyatı yaşayıb. 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

B.Məmmədov həbsdən çıxdıqdan bir müddət sonra İstanbulda təhsili davam etdirirdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44