Bazar, 12 May

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verib

image

Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsini təhvil verib.

Xəbər verilir ki, bunu Polşa Prezidentinin beynəlxalq problemlər üzrə nümayəndəsi Marçin Pşidaç RMF radiostansiyasının efirində deyib.

İndiyə qədər Polşanın 28 ədəd MiQ-29 qırıcı təyyarəsi olub. Onlar Malbork şəhərindəki aviabazada saxlanılırdı. Varşava yaxın bir neçə il ərzində həmin təyyarələri daha müasirləri ilə əvəzləməyi planlaşdırırdı.

Martın 16-da Polşa Prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd qırıcı təyyarə alacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda servis xidməti keçən qalan təyyarələr də hazırlanaraq Kiyevə göndəriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44