Cümə, 10 May

Lavrov eyham vurdu - Rusiyanın böyük qorxusu...

image

Rusiya Qərbə təzyiqi artırmaq və Ukraynanı Moskva üçün əlverişli şərtlərlə sülh danışıqlarına məcbur etmək üçün informasiya təzyiqinin yeni mərhələsinə başlamağa hazırlaşır.

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Xüsusilə, Türkiyə səfərində Rusiya xarici işlər naziri Sergey Lavrov “legitim maraqlar”ının nəzərə alınacağı təqdirdə Moskvanın danışıqlardan imtina etməyəcəyini bildirib. Nazir həmçinin Qərbin Rusiyaya sayğısız yanaşdığını söyləyərək, Ukraynanın “denasifikasiya və demilitarizasiya”sının vacibliyini bir daha xatırladıb.

ISW hesab edir ki, Kremlin bu ritorikası təsadüfi deyil. Çox güman ki, Moskva Ukrayna ordusunun gözlənilən əks-hücum əməliyyatı ərəfəsində Kiyevə öz şərtlərini qəbul etdirməyə cəhd göstərmək üçün informasiya təzyiqini artırmaq niyyətindədir.

Amerikalı analitiklərin fikrincə, Rusiya Ukraynanın gözlənilən əks-hücumu zamanı işğal olunmuş ərazilərin itirilməsindən qorxur. Bu səbəbdən də Kreml Qərbi Kiyevə güzəştlər təklif və Rusiya üçün daha əlverişli şərtlərlə danışıqlara məcbur etməyə çalışır, informasiya təzyiqinin gücləndirilməsi də buna görədir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32