Bazar, 12 May

Moskvaya dron hücumu edildi

image

Gecə saatlarında Moskvada iki qeyri-yaşayış binasına PUA ilə zərbələr endirilib.

Xəbər verilir ki, bunu Moskvanın meri Sergey Sobyanin deyib.

“Bu gün saat 4 radələrində iki qeyri-yaşayış binasına PUA zərbələri qeydə alınıb. Ciddi dağıntılar və tələfat yoxdur”, - o bildirib.

Rusiyanın TASS agentliyi də Komsomolski prospektində dron qalıqlarının aşkarlandığını təsdiqləyib. Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb.

Bəzi Teleqram kanllarında qeyd olunur ki, hücum nəticəsində paytaxtın müxtəlif yerlərində fəsadlar yaranıb. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünüb. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Vurğulanır ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44