Bazar, 12 May

Azərbaycanda bu qadağan edildi - RƏSMİ

image

Azərbaycanda istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismarı qadağan edilib.

Xəbər verilir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliklə qərarın 1.3-cü bəndinin ikinci cümləsi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin (bundan sonra – REV) layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.

Dəyişiklikdən əvvəl isə qərarın 1.3-cü bəndinin ikinci cümləsi belə idi: "Müdafiə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri istisna olmaqla, Komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrinin (bundan sonra - REV) istehsalı, xaricdən alınması və respublikanın ərazisində istismarı yolverilməzdir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44