Bazar, 12 May

İran PUA-ları bölgəni xarabalığa çevirdi – Ordu yox, mülkilər hədəfə alındı

image

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi xarici ölkələri İranın Rusiyaya PUA yardımı ilə bağlı təkzibedilməz sübutlarla tanış olmağa dəvət edib.

Xəbər verilir ki, bu barədə agentlikdən ABŞ mətbuatına məlumat verilib.

Açıqlamada deyilir ki, bu dəlilləri xarici ölkələrin rəsmi qurumlarına ABŞ Konqresinin üzvlərinə göstərməkdə məqsəd İrana təzyiq göstərmək və Ukraynada mülki ərazilərə hücum etmək üçün istifadə edilən dronların İranda dizayn edildiyini və hazırlandığını sübut etməkdir.

Agentliyə görə, İranın Ukraynaya hücumda Rusiyaya dəstək verməsi müqabilində Moskva Tehranın kosmos və ballistik raket proqramlarının inkişafına kömək edə bilər.

İraqda vurulan İran pilotsuz təyyarələri ilə Ukraynada vurulmuş “Şahid-131” dronlarının müqayisəsi də aparılıb. Bu pilotsuz təyyarələr bir-birindən minlərlə kilometr aralıda tapılsa da, hər cəhətdən oxşardır və hissələri asanlıqla dəyişdirilə bilər.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi qeyd edir ki, Rusiya Ukraynada döyüş meydanında İran PUA-larından nadir hallarda istifadə edir. Əvəzində bunlardan Ukraynanın mülki obyektlərinə, hava hücumundan müdafiə anbarlarına, su və elektrik müəssisələrinə ziyan vurmaq üçün istifadə edir.

Rusiya indiyədək Ukraynanın mülki infrastrukturuna qarşı hücumlarda ən azı 400 “Şahid” dronundan istifadə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44