Bazar, 12 May

Kiyevə atılan 28 qanadlı raketin hamısı vurulub – Zalujnıdan açıqlama

image

Kiyevdə Rusiyanın raket hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Xəbər verilir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

Onun sözlərinə görə, bu hücum yazdan bəri şəhərin ən kütləvi atəşə tutulması olub. Rusiya ordusu əvvəlcə müxtəlif istiqamətlərdən “Şahed” hücum pilotsuz təyyarələrindən, sonra isə raketlərdən istifadə edib. Popko bildirib ki, hava hücumundan müdafiə qüvvələri 20-dən çox hava hədəfini məhv edib.

Şəhərin Şevçenko rayonunda raket qalıqları inzibati binanın üzərinə düşüb: iki mühafizəçi həlak olub.

Həmçinin Kiyevin Darnitski rayonundakı Auchan ticarət mərkəzinin binasına Rusiya raketinin parçaları düşüb. Yanğın baş verib və binanın dam örtüyü yanıb. Ölən və yaralananlar olmayıb. Polis bildirib ki, Kiyev vilayətində 6 fərdi evə ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı daha sonra bildirib ki, avqustun 30-na keçən gecə Rusiyanın hücumu zamanı 28 qanadlı raketin hamısı və 16 hücum dronlarından 15-i vurulub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44