Cümə, 10 May

Xoşbəxt Yusifzadə VƏFAT ETDİ

image

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, əfsanəvi neft mütəxəssisi Xoşbəxt Yusifzadə vəfat edib.

Xəbər verilir ki,  o, bu gün 93 yaşında dünyasını dəyişib.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.

O, 1957-ci ildə ailə qurub. İki övladı var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32