Bazar, 12 May

Xəzər dənizində Türkmənbaşı körfəzinin bir hissəsi quruyub

image

Xəzər dənizinin səviyyəsinin kəskin azalması səbəbindən Türkmənistandakı Türkmənbaşı körfəzinin şimal-şərq hissəsi tamamilə yox olub.

Xəbər verilir ki, cəmi 6 il ərzində sahil xətti 12 kilometr geri çəkilib. 2017-ci ildən dənizin səviyyəsi 71 santimetr, 2011-ci ildən isə 145 santimetr aşağı düşüb.

Bu körfəz əvvəlcədən dayaz olub. Əvvəllər onun maksimal dərinliyi 6 metrdən çox deyildi (indi daha da azdır). Orta dərinlik cəmi 3 metr idi. Körfəzin şimal-şərq hissəsi və tamamilə qurumuş Balxan körfəzi buxtanın ən dayaz hissəsi idi. Dəniz səviyyəsinin hətta 10-15 santimetr aşağı düşməsi buradakı sahil xəttinin yüzlərlə metr geri çəkilməsi demək idi.

20-ci əsrin ikinci yarısında maksimum dəniz səviyyəsinin müşahidə edildiyi 90-cı illərin ortaları ilə müqayisədə, təkcə Türkmənbaşı körfəzinin bu hissəsində yaranan torpaq sahəsi təxminən 430 kvadrat kilometrdir.

Hazırda keçmiş buxtanın dibində şoran səhra var və bununla da ətraf ərazilərin ekologiyası pisləşir.

Bundan əvvəl Rusiyanın “S7 Airlines” aviaşirkətinin pilotu Manqistau vilayəti üzərində uçarkən Xəzər dənizinin qurumasını yüksəklikdən çəkib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44