Bazar, 12 May

Avropa İttifaqı 36 min gəncə pulsuz səyahət edə bilmələri üçün bilet verəcək

image

Avropa İttifaqı (Aİ) bir çox ölkədə yaşayan 2005-ci il təvəllüdlü 36 min gəncə Avropada pulsuz səyahət edə bilmələri üçün qatar bileti verəcək.

Xəbər verilir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata görə, Aİ-nın "Discover EU" proqramı çərçivəsində 18 yaşdan yuxarı 36 min gənc internet üzərindən bir neçə suala cavab verərək bu fürsəti əldə etmək şansı qazanacaq.

Müraciətlər bu gündən oktyabrın 18-dək davam edəcək.

Aİ ölkələrindən başqa "Erasmus+" proqramına daxil olan İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədən olan gənclər Avropa Gənclər Portalında sualları cavablandıraraq pulsuz qatar biletləri qazana bilərlər.

Qeyd edək ki, gənclər 1 mart 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında biletlərindən maksimum 30 gün istifadə edə biləcəklər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44