Bazar, 12 May

TƏCİLİ! Ölümcül silah işə salındı: Qarşısını almaq mümkün deyil

image

Rusiyanın oktyabrın 20-də dərc etdiyi bəyanata görə, ölümcül Yeraltı Hipersonik Avangard Raket Sistemi hökumət tərəfindən işə salınıb.

Xəbər verilir ki, sözügedən raket səsdən təqribən 27 dəfə sürətlə hərəkət edir.

Qeyri-mümkün görünən bu raket sistemi yeraltı buraxılış qurğusundan atılır və saatda təxminən 32 min kilometr sürətlə hərəkət edir.

Yerin çevrəsinin 40 min 75 kilometr olduğunu nəzərə alsaq, raketin Yer kürəsini 3 dəqiqədən az vaxta dövr etdiyi iddia edilir. Hazırda dünyada belə bir raketi aşkar edə biləcək hava hücumundan müdafiə sistemi yoxdur.

Yuxarıda qeyd olunan məlumatlara əlavə olaraq, açıq mənbələrdəki qeydlərdə raketdə olan hover qurğusuna diqqət çəkilir.

Bu qurğu raketin yerləşdiyi atmosfer qatına uyğun hərəkət edir və səs sürətindən 27 dəfə yüksək sürətə çatmağa imkan verir. Bundan əlavə, bu sistem sayəsində raket maksimum sürətlərdə belə manevr qabiliyyəti nümayiş etdirə bilir.

Rəsmi Moskvanın verdiyi məlumata görə, raket atıldıqdan sonra 1600 ilə 2000 dərəcə arasında dəyişən səth istiliyi ilə hədəfinə doğru hərəkət edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44