Cümə, 10 May

Sitrus meyvələri diabet riskini azaldır

image

Tasmaniya Universitetinin alimləri sitrus meyvələrinin istehlakının qan şəkərinin səviyyəsini sabitləşdirdiyini və 2-ci tip diabetdə ağırlaşma riskini azaldıldığını aşkarlayıblar. 

Xəbər verilir ki, araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.

Alimlər öz işlərində sitrus meyvələrinin şəkərli diabetdə müalicəvi rolu ilə bağlı 129 araşdırmanı təhlil ediblər. Məlum olub ki, llimon, portağal və qreypfrutda olan üzvi birləşmələr orqanizmdə oksidləşdirici stress və iltihabı azaltmağa kömək edən güclü antioksidant xüsusiyyətlərə malikdir. Şəkərli diabetdə oksidləşdirici stress (oksidləşmə nəticəsində hüceyrə zədələnməsi prosesi) hiperqlikemiya - qanda qlükoza səviyyəsinin artması ilə baş verə bilər.  

Naringin və hesperidin kimi birləşmələr də diabet riskini azalda bilər. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32