Bazar, 12 May

Zelenski Sejurne ilə görüşdü: birgə dron istehsal olunacaq

image

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 13-də Kiyevdə səfərdə olan Fransanın yeni xarici işlər naziri Stefan Sejurne ilə görüşüb.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram hesabında məlumat yayılıb.

Bildirilib ki, Sejurne ilə Ukraynanın müdafiə ehtiyacları müzakirə edilib. Müzakirə edilən mövzular arasında dronların birgə istehsalı, artilleriya istehsalı, hava hücumundan müdafiənin daha da gücləndirilməsi məsələləri də yer alıb.

Görüş zamanı Zelenski həmçinin Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbərini “Sülh Formulu”nda görülən işlər barədə məlumatlandırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44