Cümə, 10 May

ABŞ və ərəb ölkələri Mahmud Abbasın istefasını müzakirə edir

image

Amerikalı diplomatlar ərəb ölkələrinin, o cümlədən İordaniya, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ilə birlikdə Fələstin lideri 88 yaşlı Mahmud Abbasın istefasını müzakirə edirlər.

Xəbər verilir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, münaqişə bitdikdən sonra Qəzza zolağına yeni lider rəhbərlik etməli olacaq:

“Diplomatlar İsraili münaqişə sona çatdıqdan sonra Qəzza zolağı və İordan çayının qərb sahilinə nəzarəti Ramallahdakı Fələstin Administrasiyasına təhvil verməyə inandırmaq istəyirlər. Muxtariyyətin yeni rəhbəri vəzifəsinə namizədlər arasında Fələstinin Baş naziri Salam Fayyad və Fələstinin keçmiş lideri Yasir Ərəfatın qardaşı oğlu Nasir əl-Kidva da var. Amma Abbasın özü iqtisadi müşaviri Məhəmməd Mustafada israr edir, çünki ona təsir edə biləcək”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32