Bazar, 12 May

Evində xəsarət alaraq xəstəxanaya getməkdən imtina etdi, səhər meyiti tapıldı

image

Abşeron rayonunun Pirəkəşkül kəndində 45 yaşlı kişinin evində meyiti aşkarlanıb.

Məlumata görə, 1979-cu il təvəllüdlü Eldəniz Alıyev fevralın 11-də gecə saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra müvazinətini itirərək yıxılıb və başının betona dəyməsi nəticəsində xəsarət alıb.

Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərib, E.Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.

Bundan sonra səhər saatlarında həyat yoldaşı Məleykə Kərimova evin yataq otağında E.Alıyevin yatmış vəziyyətdə meyitini aşkar edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44