Bazar, 23 İyun

Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub

image

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalını qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, "T13" kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55,03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, 22 yaşlı para-atletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40