Müharibəyə dair dəhşətli xəbər: Rusiyanın itkiləri 530 mini ötdü
Müharibəyə dair dəhşətli xəbər: Rusiyanın itkiləri 530 mini ötdü
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1170 hərbçisini itirib.
Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 530 920 nəfərə çatıb. Klinikalar
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 18 zirehli döyüş maşını, 45 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
Aftafa.tv