Cümə, 28 İyun

Yüzdən çox pilotsuz təyyarə Krım və Krasnodara hücum edib

image

İyunun 21-nə keçən gecə Rusiyanın müxtəlif regionları üzərində Ukraynaya məxsus 114 pilotsuz uçan aparat ələ keçirilib, Qara dənizdə 6 pilotsuz kater məhv edilib.

Xəbər verilir ki, Rusiya Müdafiə Nazirliyi vurulmayan pilotsuz təyyarələr və reydlərin ümumi nəticələri barədə heç nə yazmır.

Nazirliyin xülasəsinə görə, Krım üzərində 70, Krasnodar diyarı üzərində 43 və Volqoqrad vilayəti üzərində bir pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib.

Rusiya mətbuatı Krasnodarda reyd nəticəsində bir nəfərin – pilotsuz təyyarə və ya onun qalıqlarının vurduğu qazanxananın işçisinin həlak olduğunu bildirib. Məlumatı Krasnodar vilayətinin başçısı Veniamin Kondratyev təsdiqləyib.

Bütün gecə Rusiya və Ukrayna xəbər kanalları hərbi aerodromun yerləşdiyi Yeiskdə, Krasnodarda və Krasnodar yaxınlığında baş verən partlayış və yanğınların yerli sakinlərin çəkdiyi videoları dərc edib.

Yerli hakimiyyət orqanları Krasnodar yaxınlığındakı İlski neft emalı zavodunda kiçik yanğının baş verdiyini və Krasnodardakı iki binaya pilotsuz uçan aparatların dağıntıları ilə ziyan vurduğunu elan edib.

Bu arada Ukrayna Hərbi Hava Qüvvələri cümə günü səhər saatlarında Rusiya ordusunun Ukraynadakı hədəflərə havadan buraxılan dörd qanadlı raket atdığını açıqlayıb. Ukrayna hərbçilərinin dediyinə görə, raketlərin dördü də vurulub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39