Cümə, 28 İyun

Putinə yaxın olan milyarder axtarışa verildi 

image

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberqin axtarışına başlayıb. 

Xəbər verilir ki, Ukrayna KİV-i hüquq-mühafizə orqanlarının yaydığı sənədlərə istinadla qeyd edir ki, Arkadinin oğlu, sahibkar İqor barəsində də axtarış elan edilib. 

Onlar “dövlət hakimiyyətini ələ keçirmə, ərazinin və ya dövlət sərhədinin dəyişdirilməsinə yönəlmiş fəaliyyəti maliyyələşdirmə”, “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması”, habelə “vergidən yayınma” maddələri ilə axtarışdadırlar.  Dərmanlar

Araşdırmaçı jurnalistlərin məlumatına görə, Arkadi Rotenberqlə əlaqəli şirkətlər və fondlar Krımın ilhaqının ilk beş ilində təkcə yarımadada hökumət müqavilələrinə rekord məbləğdə 300 milyard rubl xərcləyib. 

Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Ukrayna və bir sıra digər ölkələr Arkadi Rotenberqə qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin martında Ukrayna hakimiyyəti onun aktivlərini, o cümlədən Kyiv Ocean Plaza ticarət mərkəzini milliləşdirib. Qərbin məhdudlaşdırıcı tədbirləri Arkadi Rotenberqin qardaşı Borisə, həmçinin onların oğlanları Roman və İqor Rotenberqə də təsir edib. 

İyunun 19-da Avropa İttifaqının Ədalət Məhkəməsi İqor Rotenberqin ona qarşı sanksiyaların götürülməsi barədə iddiasını rədd edib. Şikayətində Rotenberq qeyd edib ki, onun artıq “Qazprom Burenie” şirkətində və “Platon” elektron ödəniş sistemində səhmləri yoxdur və dövlət müqavilələrinin imzalanması onun Rusiyanın hərəkətlərini dəstəkləməsi demək deyil. Bununla belə, məhkəmə sahibkara tətbiq edilən sanksiyaları qanuni hesab edib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39