Çərşənbə, 26 İyun

DİN-dən ƏMƏLİYYAT: Maşın oğrularının saxlanılma görüntüləri

image

Bakının Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus "Chevrolet" markalı avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib. Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıblar. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39