Bazar ertəsi, 24 İyun

Əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırıldı

image

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"nda dəyişiklik edib.

Məlumata görə, "Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı"na "Loratadin" (tablet), "Ürək damar sistemi üçün dərman vasitələri" sırasına "Amlodipin+İndapamid+Perindopril" (tablet), "Ramipril" (tablet) daxil edilib.

Eyni zamanda "Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri" sırasına "Betahistin dihidroxlorid" (tablet), "Neostiqmin metilsulfat" (inyeksiya üçün məhlul), "Həzm sisteminə təsir edən dərman vasitələri" siyahısına "Bisakodil" (tablet), "Tənəffüs sisteminə təsir edən dərman vasitələri" siyahısına "Montelukast" (tablet), "Dornase alfa" (inhalyasiya üçün məhlul), "Hipertonik" (natrium xlorid məhlulu + natrium hialuronat inhalyasiya üçün məhlul), "Vitamin və minerallar" siyahısına "Maqnezium + Piridoksin HCl" (tablet), "Antimikrob dərman vasitələri" siyahısına "Metronidazol", "Ofloksasin", "Siprofloksasin" və "Ko-trimoksazol" tabletləri və "Tobramicin" (inhalyasiya üçün məhlul), "Epilepsiya əleyhinə dərman vasitələri" siyahısına "Preqabalin" (kapsul) daxil edilib.

Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40