Çərşənbə, 26 İyun

ABŞ Rusiyanı uzaqmənzilli raketlərlə vurmağa hazırlaşır - ŞOK

image

ABŞ Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirmə qadağasının ləğvini müzakirə edir. Kiyevə səfərindən sonra Dövlət Departamentinin rəhbəri Antoni Blinken artıq Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahından istifadəyə qoyulan qadağanın aradan qaldırılması üçün təşəbbüs göstərməyə başlayıb.

ABŞ belə bir addım atarsa, bu nə ilə nəticələnə bilər? Vaşinqtonun bunda nə marağı var? Müharibə arealı genişlənə bilər?

Xəbər verilir ki , Politoloq Aytən Qurbanova deyib ki, ABŞ-ın Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirmə qadağasını ləğv etməsi, Üçüncü Dünya müharibəsinin başlamasını qaçılmaz edə bilər:

“Eyni zamanda, bu addım Rusiyanın taktiki nüvə başlıqlarından istifadə etməsi təhlükəsini yenidən gündəmə gətirə bilər. Ümumiyyətlə, ABŞ-ın bu qərarı iki istiqamətdə şərhə açıqdır.

İlkin olaraq onu qeyd etmək lazımdır ki, bu çıxışlar sadəcə düşmən üzərində xof yaratmağı hesablana bilər. Çünki diqqət ediriksə, Rusiyanın danışıqları bərpa etmək niyyətində olması fikirləri son zamanlarda daha çox müzakirə edilir. İstisnasız olaraq onu deyə bilərik ki, mövcud şəraitdə danışıqlar prosesində üstün tərəf Rusiya olacaq. Belə olan halda Qərb cəbhəsinin Rusiya daxilində qorxu yaradaraq geri çəkilməyə sövqedici addım atması zəruridir.

Digər tərəfdən isə daha əvvəlki iki dünya müharibəsi təcrübəsi onu göstərir ki, Amerika öz ərazisinə çatmayan dünya müharibələrinin baş verməsindən hər zaman qazanclı çıxıb. Ona görə də belə təhrikedici addımlar Ukraynanın ərazi bütövlüyünün bərpa olunmasından daha çox Ukraynaya hərbi dəstəyin verilməsi ilə bağlı Qərb cəbhəsində mövcud olan fikir ayrılıqlarını aradan qaldırmağa və beləliklə də, Rusiyaya qarşı güclü hərbi-siyasi cəbhənin formalaşdırılmasına hesablanmış ola bilər. Amma belə bir cəhd müharibənin coğrafi dairəsini də genişləndirərək Avropanın təhlükəsizliyini birbaşa hədə altında qoymaq üçün yetərlidir.

Hər iki ssenaridə də hədəf heç bir halda Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi deyil, əsas məqsəd Rusiya ilə daha əlverişli şəraitdə masa arxasına oturmaqdır. Nəticə etibarilə, belə gecikmiş dəstək cəhdləri Ukraynanın işğal edilmiş ərazilərinin geri qaytarılmasına səbəb olmamaqla yanaşı, prosesləri daha da idarəolunmaz həddə çatdıra bilər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39