Çərşənbə, 26 İyun

“Qalatasaray” Türkiyə Superliqasının qalibi oldu

image

Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.

Xəbər verilir ki, sonuncu turda "Qalatasaray" "Konyaspor"la səfərdə qarşılaşıb.

Səfərdə 3:1 hesablı qələbə qazanan "cim-bom" xallarının sayını 102-yə çatdıraraq Superliqanın çempionu adını qazanıb. 

Çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" isə doğma meydanda Superliqanın sonuncusu "İstanbulspor"u darmadağın edib - 6:0. Bu nəticə ilə xallarının sayını 99-a çatdıran İsmail Kartalın komandası Superliqanı 2-ci pillədə tamamlayıb.

Qeyd edək ki, ümumilikdə 24-cü dəfə Türkiyə çempionu adını qazanan Okan Burukun rəhbərlik etdiyi komanda, bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. "Qalatasaray"ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atan "Fənərbağça" klubudur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39