Çərşənbə, 26 İyun

İş çox, məvacib az... - Onların maaşı nə vaxt artacaq?

image

Azərbaycanda dövlət sektorunda maaşlar ilbəil artırılsa da, özəl sektorda bu tendensiya müşahidə olunmur. Özəl sektorun demək olar ki, bütün seqmentlərində işçilər əməkhaqqının azlığından və iş rejiminin ağırlığından şikayətlər var. Lakin işini itirməkdən qorxan əməkdaşlar öz narazılıqlarını dilə gətirmirlər. 

Bəs görəsən özəl sektorda maaş artımı və işçi hüquqları ilə bağlı qanunvericilikdə hansı qaydalar mövcuddur? 

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert və hüquqşünas Əkrəm Həsənov bildirib ki, dövlətin məvaciblərlə bağlı özəl sektora müdaxiləsi iqtisadiyyatın prinsiplərinə ziddir: 

“Bu məsələdə dövlət müdaxiləsi yalnız minimal əməkhaqqının müəyyən olunmasından ibarətdir. Dövlət özəl sektordakı maaşlara başqa cür müdaxilə edə bilməz. Bu artıq bazar istisadiyyatının prinsiplərinə uyğun deyil. Biz əgər kapitalist cəmiyyətdə yaşayırıqsa, bunu da qəbullanmalıyıq. İki variant var, ya bütün iş yerləri dövlət olsun, ya özəl sektora xas sərbəstlik olmalıdır. Maaşların miqdarını bazar və tələb-təklif müəyyən etməlidir. Əgər dövlət müdaxiləsi olarsa, bazar qaydaları pozulacaq və heç kim sahibkarlıqla məşğul olmayacaq. Bu bütün dünyada belədir. İqtisadi inkişaf dövründə özəl sektorda maaşlar artır, əks halda isə artmır. 

Hüquqşünas ölkədə işçilərin hüquqları ilə bağlı həmkarlar ittifaqlarının heç bir iş görmədiyini qeyd edib: 

“Hazırda Azərbaycanda iqtisadi inkişaf templəri xeyli aşağıdır və buna görə də özəl sektorun bir çox seqmentində maaşlar artmır. Sahibkar o zaman maaş tələbinə müsbət yanaşır ki, işçinin işdən getməsindən qorxur. Bu hər yerdə belədir. Ölkəmizdə hazırki şəraitdə real həmkarlar ittifaqı yoxdur. Bəzi sahələrdə olsa da, olduqca zəifdir. Heç dövlət sekorunda da həmkarlar ittifaqının heç bir rolu yoxdur. Onların əsl məqsədi işçilərin hüquqlarını müdafiə etmək deyil. Əgər sahibkar razı olmasa, işçilər nə edə bilər ki? Bizdə xarici ölkələrdə olduğu kimi, işçi tətilləri etmək də mümkün deyil. Çünki demək olar ki, hamı işini itirməkdən qorxur. Buna görə də, kimsə maaşının artmasını istəyirsə, öz üzərində çalışmalıdır. Bunun sayəsində özünə daha yuxarı maaşlı iş tapa bilər”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39