Çərşənbə, 26 İyun

Ronaldu AVRO-2024 öncəsi millinin yoldaşlıq görüşünü buraxacaq

image

Portuqaliyanın ulduz hücumçusu Kriştianu Ronaldu AVRO-2024 öncəsi millinin ilk yoldaşlıq oyununu buraxacaq.

Bu barədə "O Jogo" məlumat yayıb.

Bildirilir ki, Ronaldu qarşıdan gələn Avropa çempionatına hazırlıq çərçivəsində Finlandiya ilə oyunda (4 iyun) iştirak etməyəcək. Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra millinin məşqçilər korpusundan birhəftəlik məzuniyyət alacaq.

Xatırladaq ki, AVRO-2024 başlamazdan əvvəl Portuqaliya, həmçinin Xorvatiya (8 iyun) və İrlandiya (11 iyun) ilə qarşılaşacaq.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qrup mərhələsində portuqaliyalıların rəqibləri Çexiya, Gürcüstan və Türkiyə yığmaları olacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39