Çərşənbə axşamı, 07 May

Əli Həsənovun qudası MƏHKƏMƏYƏ VERİLDİ

image

“Şahdağ” futbol klubu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) məhkəməyə verib. 

Xəbər verilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbləri barədə hər hansı bilgi yoxdur.

AHİK-in sədri deputat Səttar Möhbalayevdir. O, 6 fevral 1993-cü ildən bu vəzifədədir. 

Bir neçə il əvvəl Səttar Möhbalıyev Qarabağ qazisi Zaur Həsənovun intiharı ilə gündəmə gəlmişdi. Qarabağ qazisi AHİK sədrinin qanunsuz əməllərinə etiraz olaraq özünü yandırmışdı. Zaur Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.

Səttar Möhbalıyev bu olaya görə ciddi ictimai qınağa tuş gəlmişdi. 

AHİK sədri həm də Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudasıdır. Əli Həsənov görəvdən alınanda onun da işdən çıxarılacağı gözlənilirdi. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24