Cümə, 10 May

“Azərbaycanlı kişi ilə evli olsaydım...” – Xoşqədəm Hidayətqızı iradlara cavab verdi

image

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı əkizlərinin türkiyə türkcəsində danışmasını tənqid edənlərə cavab verib.

Xəbər verilir ki, Xoşqədəm Hidayətqızı “İnstagram”da canlı yayım açaraq iradları qəbul etmədiyini bildirib:

"Uşaqlarım türkdürlər. Onlara necə deyə bilərəm ki, türk dilində danışmayın?! Türkiyədə beş gün qalıb, türk dilində danışmırıq ki. Bu uşaqlar Türkiyədə doğulublar, baba, nənə, bibi və müəllimləri türkdürlər. Hansı dildə danışacaqlar?! Türkiyəyə bağlılığı olmayan, oraya gedib beş-üç gün qalan insanlar türk dilində danışırlar. Türkiyədə uşaq baxçasına gedirlər.

Mən Ağdərədən, Azərbaycandan olan bir kişi ilə evli olsaydım, evdə türk dilində danışsaydım, uşaqlarım da türk dilində danışsaydı, siz iradınızda haqlı olardınız. Amma həyat yoldaşım türk olduğu və övladlarım türk məktəbinə getdikləri üçün türkcə danışırlar. Uşaqlarımın ikisi də atalarına bənzəyirlər".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuş ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkiz övladları var. Teleaparıcının ilk evliliyindən bir oğlu var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32