Cümə, 10 May

Bakıda 18 yaşlı qızın mədəsindən 2 kiloqram “daş“ çıxarıldı

image

Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edən 18 yaşlı pasiyentin mədəsində trixobezoar (tükdən ibarət daş) aşkarlanıb. Daşların ağırlığından xəstə artıq yemək yeyə bilmirdi.

Təcili əməliyyata alınan qızın mədəsindən çəkisi 2370 qram olan 2 daş çıxarılıb.

Xəbər verilir ki, əməliyyatı icra edən cərrah həkim Fuad Qurbanovun sözlərinə görə, əsasən qızlarda rast gəlinən bu xəstəlik uzun illər saçını çeynəmək, yaxud sormaqdan sonra yaranır.

Belə halla rastlaşmamaq üçün valideynlər uşaqlarına ciddi nəzarət etməli və mütəmadi ağıza yad cisimlərin aparılmasının qadağan olunmasını xatırlatmalıdırlar. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32