Çərşənbə, 26 İyun

Axtarış

Vaksin” üzrə 948 nəticə tapıldı

25.06.2021 - 16:56

Azərbaycanda uşaqlara vaksin vurulacaq? - TƏBİB-dən AÇIQLAMA

"Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir". Xəbər verilir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa bu barədə ictimaiyyətə açı


25.06.2021 - 15:37

Peyvəndlərin faydası olmasa, yeni addımlar atılacaq - AÇIQLAMA

"Yeni növ ştamların yarada biləcəyi təhlükələrdə əgər istifadə olunan peyvəndlərin faydalılığı olmazsa, dünyada ilk addım atan ölkələr kimi Azərbaycan da yeni addımlar atacaq". Bu haqda “ARB24” kanalına açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. "Ştamların yaranması birmənalı olaraq hansısa peyvəndin təsirinin bir miqdar azalması kimi fikir yarada bilər. Lakin peyvəndin virusa tamamə


24.06.2021 - 20:13

Bu gün Azərbaycanda koronavirusdan ölən olmayıb - STATİSTİKA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb.


24.06.2021 - 15:37

Hindistanda koronavirusun yeni variantında artım var

Hindistan hökuməti ötən gün koronavirusun Delta variantının yoluxma gücü daha çox olan “Delta Plus” mutasiyasına 40 nəfərin yoluxduğunu açıqlayıb. Xəbər verilir ki, buna Maharaştra, Kerala, Madhya Pradeş ştatlarında rast gəlinib. İlk dəfə iyunun 11-də mətbuat vasitəsilə açıqlanan “Delta Plus”la bağlı (K417N) ayın 16-na olan vəziyyətə görə yoluxma 11 ölkədə, ABŞ-da (83 yoluxan), Böyük Britaniyada (36), Hindistanda (8), İsveçrədə (18), Kanadada (1), Nepalda (3),


24.06.2021 - 10:33

Uşaqlar da koronavirusa qarşı peyvənd edilməlidir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Xəbər verilir ki, bu barədə ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilir. Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir. Qeyd edilir ki, uşaqlar


23.06.2021 - 21:37

Operativ qərargah rəsmisindən üçüncü doza ilə bağlı AÇIQLAMA- VİDEO

Ölkəmizdə hələlik üçüncü doza peyvəndin tətbiq olunmasına ehtiyac yoxdur. Bunu “ARB 24”ün “Xəbərlər” proqramına açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü Rəşad Mahmudov deyib. “Bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz. Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, elə


23.06.2021 - 19:02

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 47 824 nəfər vaksinasiya olunub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 142 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin


23.06.2021 - 14:13

“Otuzdan çox toyun behini almışam“ - Afət Fərmanqızı

Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub.  Xəbər verilir ki,, mövzuyla bağlı  danışan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib: “Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan “Mə


22.06.2021 - 15:55

Filippin prezidenti vətəndaşları təhdid etdi: Ya vaksinasiya, ya da həbs

COVID-19 virusuna qarşı mübarizə aparan Asiya ölkələrindən Filippində ölkə başçısı Rodriqo Duterte vaksinasiya ilə bağlı radikal qərar qəbul edib. Xəbər verilir ki, bu barədə "The Straits Times" qəzeti yazıb. Bildirilir ki, Filippin prezidenti koronavirusa qarşı vaksinasiyadan imtina edən insanları həbslə hədələyib. Rodriqo Duterte belə bir qərara ona görə gəlib ki, paytaxt Manilada peyvənd olunanların sayı o qədər də yüksək deyil. Televiziya kanallarında


22.06.2021 - 12:32

Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Xəbər verilir ki, avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək. Avqustun 1-dən isə COVID-19 pasportu tələb olunacaq.


22.06.2021 - 10:53

Dünyada koronavirusla bağlı son STATİSTİKA

Dünyada 179 552 610 nəfərdə koronavirus aşkarlanıb. Xəbər veriilir ki, virusdan 3 888 824 xəstə ölüb, 164 258 399 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 419 838 nəfər), Hindistan (29 977 861 nəfər), Braziliya (17 969 806 nəfər), Fransa (5 757 798 nəfər) və Türkiyədir (5 375 593 nəfər).


20.06.2021 - 19:56

Vaksinasiyadan keçənlərin bu günkü statistikası

Bu gün Azərbaycanda koronavirus əleyhinə 32 795 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələdə peyvənd olunanların sayı 17 993, ikinci mərhələ üzrə 14 802 nəfərdir. Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 949 635, ikinci mərhələ üzrə isə 1 039 823 nəfər təşkil edir.


Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39