Cümə axşamı, 09 May

Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

image

AMEA-nın müxbir üzvü, riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov bu gün yaydığı bəyanatda maraqlı faktlar açıqlayıb.

Məlumata görə, həmin bəyanatdan bəlli olur ki, AMEA prezidenti Ramiz Mehdiyev işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Buna görə də heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur.

M. Mərdanov həmçinin qurumun binasında Mehdiyevin özü üçün xüsusi lift quraşdırdığını da qeyd edib:

“Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub.

Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilib, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılıb”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32