Cümə axşamı, 09 May

Ukrayna SQ: Rusiya hərbçiləri Nikolayev istiqamətində irəliləyir

image

Rusiya qüvvələri Kiyevi şimal və şimal-qərb istiqamətindən mühasirəyə almaq üçün hücum cəhdlərini davam etdirir.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.

“Podolsk istiqamətində düşmən zirehli texnika ilə Qoreniçi, Qostomel, Demidova doğru irəliləyərək Kiyevi şimal və şimal-qərbdən mühasirəyə almağa çalışır”, - qeyd olunub.

Ukrayna tərəfi Rusiya hərbçilərinin Xerson və Nikolayev şəhərləri istiqamətində irəlilədiklərini, Mariupol şəhərini mühasirəyə almağa çalışdıqlarını açıqlayıb.

Baş Qərargah Rusiya Ordusunun heç bir istiqamətdə ciddi uğur əldə edə bilmədiyini də bəyan edib.

Vurğulanıb ki, Rusiya Ordusunun mənəvi durumu və qələbə əzmi şiddətli müqavimətinə görə sürətlə azalır, bütün istiqamətlərdə itki verirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə böyük itkilər səbəbi ilə Rusiya Ordusunun səfərbərlik elan edərək ehtiyat qüvvə topladığını bildirib.

Onun sözlərinə görə, Rusiya Ordusu taktiki təşəbbüsü itirib və hücum tempini azaltmalı olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32