Şənbə, 11 May

“Rusiyaya da dron sata bilərik” – Türk diplomat

image

“Türkiyə dronlarını satarkən, heç kimə fərq qoymur”.

Xəbər verilir ki, bunu adının çəkilməsini istəməyən bir rəsmi bildirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Donbasdakı müharibəni təşviq etməsi ilə əlaqədar Türkiyənin məşhur “Bayraktar TB2” pilotsuz təyyarələrini Kiyevə satması ittihamına cavab verib.

Ankaradakı diplomat bildirib ki, Türkiyə konkret kimə silah satacağı ilə bağlı heç bir fərq qoymur. “Rusiya da pilotsuz uçan aparatlar almaq istəyirsə, onu da satacağıq, – deyə mənbə əlavə edib. “Türkiyənin bəzi ölkələrdə olduğu kimi, ön şərt qoymur. Kimsə türk müdafiə sənayesindən məhsul almaq istəyirsə, ona satırlar. Hücum İHA-ları isə konkret olaraq Rusiyaya və ya başqa bir ölkəyə qarşı yönəlməyib”.

Son günlərdə Ukraynanın Türkiyədən aldığı Bayraktar pilotsuz təyyarələrinin “Pantsir-S1” zenit-raket komplekslərinin mövqelərini tapmağı bacardığı bildirilmişdi. Məhz bundan sonra Moskva Kiyevə dron satdığı üçün Türkiyəni tənqid edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25