Cümə axşamı, 09 May

Fransada 13 milyon şəxs prezident seçkilərində səs vermədi

image

Fransada keçirilən prezident seçkilərinin birinci turunda 13 milyona yaxın fransız səsverməyə gəlməyib.

Xəbər verilir ki, bu barədə xarici media məlumat yayıb.

“Seçicilərin 27%-i seçkilərdə iştirak etməyib, bu, demək olar ki, 13 milyon nəfərdir”, – telekanal aparıcısı bildirib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.

Saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.

BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək. İlkin məlumatlara görə, Makron 28%, Le Pen isə 23,2% səs toplayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32