Cümə axşamı, 09 May

“Əli Həsənov Ramiz Mehdiyevin “zibilinə” düşdü” - İLGİNC FAKTLAR

image

“Əli Həsənov da, Vüqar Səfərli də bədbaxt oldu. Jurnalistlərə ayrılan mənzilləri Ramiz Mehdiyevin tapşırığı ilə satdılar. Tabeçilik var idi”.

Aftafa.tv-nin xəbərinə görə, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Partiya sədri bu insanları xəyanətkar adlandırıb: “Bunların azadlıqda olmasının özü Azərbaycan dövlətçiliyinə bir xəyanətdir. Ramiz Mehdiyev və onun əlaltıları hələ də dövlətçiliyə qarşı təhlükədirlər. Yeri gəlmişkən “Azərbaycan Nəşriyyatı”nın rəhbəri Ağabəy Əsgərovun özü də Əli Həsənova “işləyir” və idarə etdiyi qurumu acınacaqlı duruma salıb. Əlbəttə ki, belə şəxslərin də vəzifədə qalmağa ixtiyarı yoxdur”.

Hafiz Hacıyevin sözlərinə görə, Ağabəy Əsgərov və Əli Həsənov kimi şəxslərin əlində milyardlar var: “Bunların hamısı kənarlaşdırılmalı və varidatları alınmalıdır. Əli Həsənovun və Ramiz Mehdiyevin əlaltıları hələ də çoxdur. Əli Həsənov həmişə Ramiz Mehdiyev tərəfindən təzyiqlərə məruz qaldığını şəxsən mənə etiraf edib. Bu insanlar ölkənin mətbuatını acınacaqlı vəziyyətə salıblar. Torpaqlarımızın 90 faizinin işğaldan azad edilməsini qəbul etməyən qüvvələrə daxildən çox güclü dəstək göstərilir. Ramiz Mehdiyev və digərləri bu qüvvələrə kömək edənlər sırasındadırlar. Buna qətiyyən şübhə etmirəm”.

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32