Cümə axşamı, 09 May

Tanınmış müğənni şou verilişi aparacaq - Video

image

İzzət Bağırov yeni layihəyə başlayır. Belə ki, aprelin 23-də ifaçının yeni verilişi nümayiş olunacaq. MTV-də yayımlanan veriliş “İzzət Şou” adlanır. 

Xəbər verilir ki, İzzət Bağırov bildirib ki, yeni layihəsi maraqlı bir şou üzərində qurulub:

“Bu veriliş hər həftənin cümə günləri saat 21:00-dan,  23:00-a qədər nümayiş olunacaq. Verilişin formatı əyləncəli şou üslubunda hazırlanıb. Burada canlı orkestr, ansambl ifaçıları müşaiyət edəcək. Artıq ilk verilişi çəkmişik, Allahın köməkliyi ilə Aprelin 23-də MTV–nin efirində ilk verilişimiz nümayiş  olunacaq.

Verilişin qonaqları isə xalq artisti Röya Ayxanla tanınmış aktyor, aparıcı  Fərda Xudaverdiyev olacaq. Veriliş üçün gözəl pavilyon hazırlatdıq. Məlumat üçün bildirim ki,  2 aydır həmin pavilyonun hazırlanması üçün zaman sərf olunub”. 

Qeyd edək ki, bu televiziya layihəsi ifaçının ilk aparıcılıq təcrübəsi deyil, bundan bir neçə il öncə İzzət Bağırov 4 il ATV  telekanalında “ATV şou” verilişinin aparıcısı olub.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32