Cümə, 10 May

Conson Zelenskiyə Rusiyaya qarşı hərbi ittifaq yaratmağı təklif edir

image

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya əleyhinə hərbi ittifaq yaratmağı təklif edib.

Xəbər verilir ki, bu barədə məlumatı İtaliyanın “Corriere Della Sera” qəzeti yayıb.

Qəzet yazır ki, britaniyalı siyasətçi yeni siyasi, iqtisadi və hərbi ittifaqlar sisteminin yaradılmasının vacibliyini vurğulayıb. Sözügedən qurum Avropa İttifaqına alternativ olmalı və Brüsselin mövqeyindən, eləcə də Almaniyanın Rusiyanın hərəkətlərinə reaksiyasından narazı olan ölkələri birləşdirməlidir.

Bildirilir ki, Conson artıq bir aydan çoxdur ki, bu ideyanı irəli sürüb. O, bu ideyanı Volodimir Zelenskiyə aprelin 9-u Kiyevə səfəri zamanı təqdim edib.

Bununla yanaşı, qeyd olunur ki, Böyük Britaniya təklif edilən yeni modeldə təşkilatın lideri kimi çıxış edəcək və ümumilikdə buraya Ukrayna, Polşa, Estoniya, Latviya və Litva daxil olacaq. Türkiyənin də daha sonrakı mərhələlərdə təşkilata qoşula biləcəyi iddia olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32