Cümə, 10 May

Dənizdə köməksiz qalan Lənkəran sakini xilas edildi — FOTOLAR

image

Dənizdə köməksiz qalan bir nəfər xilas edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 10 iyul tarixində saat 21:15-də DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Qısa müddət ərzində Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunub.

Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Mustafayev Rameş Qubad oğlu xilas olaraq sudan çıxarılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib.


Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25