Cümə axşamı, 09 May

Ukraynalılara verilən Rusiya pasportları tanınmayacaq

image

Rusiya Federasiyasının ukraynalılar üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş proseduru ilə bağlı yeni qanunvericiliyi suverenliyin pozulmasıdır və Aİ belə pasportları tanımayacaq. 

Xəbər verilir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Josep Borrell deyib. 

"Bütün ukraynalıların Rusiya vətəndaşlığını əldə etmə prosedurunu sadələşdirən yeni Rusiya qanunvericiliyi Ukraynanın qeyri-qanuni müharibə ilə bağlı suverenliyinin növbəti kobud şəkildə pozulmasıdır. Aİ bu pasportları heç vaxt tanımayacaq", - Borrell öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Aİ özünü elan etmiş Luqansk və Donetsk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində verilən Rusiya pasportlarına münasibətdə olduğu kimi eyni mövqedən çıxış edəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32