Cümə axşamı, 09 May

“Lazım gəlsə, Luqansk və Donetski tanıyacağıq...” - Lukaşenko yenə ikibaşlı danışdı

image

“Mən Luqanska, Donetskə və Krıma kömək edəcəyəm. Biz onlarla əməkdaşlıq edirik və bunu gizlətmirik”.

Xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Frans Press” agentliyinə müsahibəsində deyib.

Bununla belə, Lukaşenko hələ ki, bu separatçı, qondarma respublikaları de-yure tanımadıqlarını etiraf edib. Lakin, “lazım gələrsə”, Belarusun “lxr” və “dxr”-i tanıya biləcəyini deyib: “Yəni, de-fakto biz tanımışıq ki, Krım var, Luqansk və Donetsk var. Bunlar hamısı dedi-qodudur ki, Lukaşenko niyə tanıdı, yaxud tanımadı. Lazım gələrsə, Prezident fərmanı ilə tanıyarıq”

Lukaşenko əlavə edib ki, Ukraynanın işğal altında olan sözügedən bölgələrindəki separatçı rejimlərə tikinti materialları və digər avadanlıqlarla kömək etməyə hazırdırlar. İndiyə qədər qondarma respublikaları hüquqi baxımdan tanımamasını isə Lukaşenko onunla əsaslandırıb ki, buna ehtiyac olmayıb: “Bizim tanımağımız nə Krıma, nə Luqanska, nə də Donetskə əlavə heç nə verməyəcək”.

Qeyd edək ki, Belarus lideri hər nə qədər Rusiya ilə İttifaq Dövləti yaradılmasına, Putinin təsir dairəsində olmasına baxmayaraq, rəsmi olaraq nə “lnr” və “dnr”-in “müstəqilliyini”, nə də Krımı Rusiya ərazisi kimi tanımayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32