Cümə axşamı, 09 May

Niyam Namiqin “bostanına daş atdı“, Sevil-Sevinc bacılarına əsəbləşdi - Qalmaqal

image

"Sevil-Sevinc bacıları yaşlarına uyğun danışsalar yaxşı olar. Həmyerlimdilər. Xətirlərini də çox istəyirəm. Əgər bacıların pulu varsa, gətirsinlər həmin müğənnilərə versinlər. Heç kim kefindən öz torpağını atıb getməz”.

Xəbər verilir ki, bu sözləri müğənni Niyam Salami “MTV” Azərbaycana müsahibəsi zamanı deyib.

İfaçı həmkarları Sevil və Sevinc Səfərovaların Rusiyaya gedən müğənniləri qınamasına sərt reaksiya verib:

"Oradaki müğənniləri mən tanıyıram, bilirəm kim haradadır. Əgər bacıların pulu varsa, gətirsinlər həmin müğənnilərə versinlər. Desinlər ki, borc verirəm, qaytararsan. Heç kim kefindən öz torpağını atıb getməz. Ümumiyyətlə, hər yerdə müğənniləri daş-qalaq edirlər. Toy oldu, olmadı. Nəsə də olanda zəif bənd kimi ancaq müğənnini seçirlər. Pərdəarxası məqamları bilmədən belə danışmasınlar”.

Niyam Namiq Qaraçuxurlunun bostanına da daş atıb:

“Bu yaxınlarda kişi müğənnilərdən biri elə sözlər dedi ki, guya biz ifaçılar müharibədən sonra səhv edib efirlərə çıxmışıq. Biz oxumamalıyıq. Bircə bu düzgün edib ki, oxumayıb”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32