Çərşənbə, 28 Sentyabr

“Rusiyanın ümumi itkisi 150 min nəfərdir“ - Ukrayna rəsmisi

image

"Rusiya Federasiyasının Ukraynada ümumi itkiləri təxminən 150.000 nəfər təşkil edir".

Xəbər verilir ki, bu sözləri Ukrayna prezidenti aparatının müşaviri Aleksey Arestoviç "YouTube"da rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində deyib.

O, Rusiyadakı qismən səfərbərliyə və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun itkilərlə bağlı sözlərinə belə münasibət bildirib:

"Niyə 300 min elan edilib? Baxmayaraq ki, 300 min deyil. Səfərbərlik isə qismən deyil, tamdır. Heç bir Rusiya vətəndaşı, əslində, neçə nəfərin çağırıldığını bilməyəcək.

Rusiyanın ümumi itkisi 150 mindir və bu itkiləri kompensasiya etmək üçün iki qat çağırış elan olunub. Növbəti 150 mini isə qəsdən siləcəklər. Çünki növbəti 150 min hərbçi onların planına uyğun olaraq qalib gəlməlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İranda “Google” bloklandı

  • 26.09.2022 - 09:22